Coşqun Əliyev təhsil işçilərinə təqdim olunub

Coşqun Əliyev təhsil işçilərinə təqdim olunub Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilən Coşqun Əliyevin təqdimat mərasimi keçirilib.
Elm və təhsil
19 Dekabr , 2023 18:13
Coşqun Əliyev təhsil işçilərinə təqdim olunub

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilən Coşqun Əliyevin təqdimat mərasimi keçirilib.

"Report"un Şimal bürosunun məlumatına görə, təqdimat mərasimində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva, Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, RTİ əməkdaşları, regionunun məktəbəqədər, ümumi və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

İlk öncə Mehriban Vəliyeva təhsilin keyfiyyətinin artırılması istiqamətində ölkədə həyata keçirilən genişmiqyaslı tədbirlərdən söz açıb. O, Coşqun Əliyevi təyinatı münasibətilə təbrik edərək, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində çalışan təhsil işçiləri ilə birlikdə ölkənin təhsil siyasətinin həyata keçirilməsində uğurlar arzulayıb.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev ona göstərilən yüksək etimada görə təşəkkür edərək, bu etimadı doğruldacağını bildirib.

Sonra çıxış edən təhsil işçiləri yeni təyinat münasibətilə Coşqun Əliyevi təbrik edib, ona gələcək işlərində uğurlar arzulayıblar.

Son xəbərlər

Orphus sistemi