Bakıda noyabrın 11-22-də baş tutacaq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşlarının işə davamiyyətinin tənzimlənməsi ilə bağlı İşçi qrupunun yaradılıb.
"Report" xəbər verir ki, bu barədə AMEA-nın keçirdiyi müşavirədə qərar qəbul edilib.
Belə ki, işçi qrupun sədri AMEA-nın akademik-katibi akademik Arif Həşimov təyin edilib.
Həmçinin oktyabrın sonuncu həftəsində AMEA-da “Yaşıl dünya naminə həmrəylik və COP29-un çağırışları: Humanitar və ictimai elmlərin vəzifələri” mövzusunda elmi konfransın keçirilməsinin məqsədəuyğunluğu diqqətə çatdırılıb.
Eyni zamanda Rəyasət Heyətinin növbəti iclasında 2025-2030-cu illərdə AMEA-nın İnkişaf Strategiyasının ilkin müzakirəsinin keçirilməsi tövsiyə edilib.