İctimai səhiyyə sahəsində çalışan şəxslər üçün Çində təqaüd proqramı

İctimai səhiyyə sahəsində çalışan şəxslər üçün Çində təqaüd proqramı Çin Xalq Respublikasının Tsinqua Universiteti İctimai Səhiyyə üzrə Vanke Məktəbi İctimai Səhiyyə üzrə Beynəlxalq Magistratura (Internetional Master of Public Health) proqramına qəbul elan edib.
Elm və təhsil
6 Yanvar , 2021 12:22
İctimai səhiyyə sahəsində çalışan şəxslər üçün Çində təqaüd proqramı

Çin Xalq Respublikasının Tsinqua Universiteti İctimai Səhiyyə üzrə Vanke Məktəbi 2021-2022-ci tədris ili üzrə ictimai səhiyyə sahəsində çalışan şəxslər üçün təqaüd proqramı elan edib.

Bu barədə "Report"a Təhsil Nazirliyindən məlumat verilib.

Proqrama yalnız dövlət müəssisələrində çalışan səhiyyə işçiləri və ya tibbi xidmət müəssisələrinin menecerləri müraciət edə bilərlər.

Magistratura səviyyəsi üzrə elan edilən təqaüd proqramına son müraciət tarixi 31 mart 2021-ci ildir.

Təqaüd proqramı haqqında ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi