Çin Azərbaycandan dövlət proqramı ilə gələn tələbələrə dair kvotaları artırmaq niyyətindədir.
“Report” xəbər verir ki, bu barədə jurnalistlərə Çinin Azərbaycandakı səfiri Qo Min məlumat verib.
“Çin Azərbaycandan dövlət proqramı ilə gələn tələbələrə dair illik kvotaları 50-dən 70-dək artırıb, 2020-ci ildən isə 100-ə çatdırmağı nəzərdə tutur”, - deyən səfir hazırda Bakıda 4 mindən artıq tələbənin Çin dili və mədəniyyətini öyrəndiklərini, sentyabr ayından
“Həmçinin Pekin Universiteti ilə Pekin Xarici Dillər Universiteti Azərbaycan dili kursları açıblar, bu dili öyrənən çinli tələbələrin sayı da ildən ilə artır”, - diplomat vurğulayıb.