Ceyhun Bayramov: "Dövlət Proqramı çərçivəsində təhsil alan 20-dən çox məzun Təhsil Nazirliyində işlə təmin olunub"

Ceyhun Bayramov: "Dövlət Proqramı çərçivəsində təhsil alan 20-dən çox məzun Təhsil Nazirliyində işlə təmin olunub" Bakı. 21 noyabr. REPORT.AZ/ Bu günədək Azərbaycan Respublikası gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində təhsil alan 20-dən çox məzun Təhsil Nazirliyində işlə təmin olunub.
Elm və təhsil
21 Noyabr , 2018 14:51
Ceyhun Bayramov: Dövlət Proqramı çərçivəsində təhsil alan 20-dən çox məzun Təhsil Nazirliyində işlə təmin olunub
Report/Elçin Murad

Bakı. 21 noyabr. REPORT.AZ/ "Bu günədək Azərbaycan Respublikası gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində təhsil alan 20-dən çox məzun Təhsil Nazirliyində işlə təmin olunub".

"Report" xəbər verir ki, bunu mətbuat konfransında təhsil naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, Dövlət Proqramının məzunlarının işlə təmin olunmasında addımlar atılır: "Həmin məzunların böyük əksəriyyəti işlə təmin edilib. Məzunlar dövlət qurumlarına qəbul zamanı imtahanın birinci test mərhələsindən azaddırlar".

C.Bayramov qeyd edib ki, hər il yeni məzun olan tələbələrlə bağlı məlumatlar barədə dövlət orqanlarına məlumat verilir: "Bir sıra hallarda dövlət orqanları özləri bizə bununla bağlı müraciət edirlər. Əgər əmək haqqı ilə bağlı məqamlar onları qane etmirsə, onlara digər yerlərdə iş tapmaq çətin olmayacaq".

Son xəbərlər

Orphus sistemi