Cəlilabadda şagirdi döyən məktəb direktoru vəzifəsinin icrasından kənarlaşdırılıb

Cəlilabadda şagirdi döyən məktəb direktoru vəzifəsinin icrasından kənarlaşdırılıb Təhsil şöbəsi açıqlama verib
Elm və təhsil
20 Dekabr , 2018 11:23
Cəlilabadda şagirdi döyən məktəb direktoru vəzifəsinin icrasından kənarlaşdırılıb

Bakı. 20 dekabr. REPORT.AZ/ Cəlilabad Rayon Təhsil Şöbəsi rayonun Göytəpə şəhər 3 saylı ümumi orta məktəbin direktoru Mübariz Cəfərovun Muğan kənd tam orta məktəbinin 9-cu sinif şagirdini döyməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntüyə münasibət bildirib.

Təhsil şöbəsindən "Report"a bildirilib ki, həmin məktəbin direktor əvəzi Mübariz Cəfərov araşdırma aparılan müddətdə vəzifəsinin icrasından kənarlaşdırılıb: "Yoxlamanın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul olunacaq və ictimaiyyətə məlumat veriləcək".

Son xəbərlər

Orphus sistemi