Cəlilabadda "Müasir müəllimin pedaqoji saytı" layihəsinin təltifetmə mərasimi keçirilib - VİDEO

Elm və təhsil
  • 17 dekabr, 2021
  • 07:23
Cəlilabadda Müasir müəllimin pedaqoji saytı layihəsinin təltifetmə mərasimi keçirilib - VİDEO

Cəlilabad rayonunda "Müasir müəllimin pedaqoji saytı" layihəsinin təltifetmə mərasimi keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, mərasim Zərifə Əliyeva adına Cəlilabad şəhər 7 nömrəli tam orta məktəbin akt zalında baş tutub.

Tədbirdə layihənin rəhbəri Elçin Abbasov, layihənin eksperti Gülnarə Məmmədova, layihənin təlimlərinə, vebinarlarına və müsabiqəyə qatılan müəllimlər iştirak ediblər. Mərasimdə E.Abbasov, G.Məmmədova, müsabiqə qalibləri Gülər Bayramova, Səid İmanzadə çıxış edərək layihənin əhəmiyyətindən danışıblar.

Daha sonra layihədə iştirak edən Cəlilabad və ətraf rayonlardan olan müəllimlər təltif edilib.

Həmçinin təlimdə fəal iştirak edən müəllimlərə sertifikatlar, müsabiqə qaliblərinə diplomlar təqdim olunub.

Qeyd edək ki, layihə Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsi çərçivəsində qalib olub.

Cəlilabadda "Müasir müəllimin pedaqoji saytı" layihəsinin təltifetmə mərasimi keçirilib - VİDEO

44 filmi