Cəlilabadda “Kənd təsərrüfatında yaşıl innovasiyalar” mövzusunda müzakirələr keçirilib

Cəlilabadda “Kənd təsərrüfatında yaşıl innovasiyalar” mövzusunda müzakirələr keçirilib Elm və Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində mayın 24-də Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə “Kənd təsərrüfatında yaşıl innovasiyalar” mövzusunda müzakirələr k
Elm və təhsil
24 May , 2024 17:55
Cəlilabadda “Kənd təsərrüfatında yaşıl innovasiyalar” mövzusunda müzakirələr keçirilib

Elm və Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində mayın 24-də Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə “Kənd təsərrüfatında yaşıl innovasiyalar” mövzusunda müzakirələr keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümyəndələri, Lənkəran və Cəlilabadda yerləşən peşə təhsil müəssisələrinin rəhbərləri və işçiləri, həmçinin kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkətlərin rəhbərləri və sahə ekspertləri iştirak ediblər.

Öncə qonaqlara mərkəzdə yaradılmış şərait haqqında məlumat verilib. Bildirilib ki, ən müasir infrastruktur, maddi-texniki baza ilə təchiz olunan Mərkəzin ərazisində 25 sinif otağı, 3 laboratoriya, 13 emalatxana, informatika kabineti, STEAM Mərkəzi, praktiki məşğələ otağı, kitabxana, 252 yerlik akt zalı, 128 yerlik yeməkxana, idman zalları və meydançaları, avtotəmir binası, maldarlıq ferması və digər köməkçi binalar yerləşir.

Eyni zamanda, kənd təsərrüfatı mütəxəssislərinə artan tələbatı nəzərə alaraq bu sahə üzrə tədrisə xüsusi diqqət yetirilib. Müəssisədə kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer, bitkiçilik, heyvandarlıq və baytarlıq üzrə mütəxəssislər də hazırlanır. Tədbirdə həmçinin “Kənd təsərrüfatında innovativ metodların tətbiqi”, “Qənaətli Suvarma Sistemləri” mövzusunda təqdimatlar baş tutub.

Qeyd edək ki, iqtisadiyyatın dayanıqlı inkişaf modelinə keçidə və təhsilin roluna həsr olunmuş maarifləndirmə həftəsinin yekunu olaraq, mayın 27-də milli sosial-iqtisadi prioritet olan təmiz ətraf mühit və “yaşıl artım” üzrə təhsil-təlim komponentlərini müzakirə etmək, bu istiqamətdə yeni sistemli yanaşmaları formalaşdırmaq məqsədilə “Yaşıl artım gündəliyində təhsil” mövzusunda konfrans keçiriləcək.

Son xəbərlər

Orphus sistemi