Cəlilabadda "Bir peşənin sirri" festivalı keçiriləcək

Elm və təhsil
  • 29 iyul, 2024
  • 18:53
Cəlilabadda Bir peşənin sirri festivalı keçiriləcək

Cəlilabad rayonunda "Bir peşənin sirri" festivalı keçiriləcək.

"Report"un Muğan bürosunun məlumatına görə, festival Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən Cəlilabad şəhəri, Heydər Əliyev Seyrəngahında baş tutacaq.

Festivalda qonaqlar müxtəlif peşələrdə özlərini sınamaq fürsəti əldə edəcək. Həmçinin hədiyyəli viktorinalar, ustad dərsləri və əyləncəli oyunlar keçiriləcək.

Festival 31 iyulda baş tutacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti