Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə missiya səfəri təşkil edilib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə missiya səfəri təşkil edilib Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə missiya səfəri təşkil edilib.
Elm və təhsil
4 May , 2022 20:15
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə missiya səfəri təşkil edilib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə missiya səfəri təşkil edilib.

"Report"un Muğan bürosunun məlumatına görə, səfərdə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Bojkov, BMTİP-in Azərbaycandakı rezident-əlaqələndiricisinin müavini Çaru Bista, Avropa Təlim Fondunun insan kapitalının inkişafı üzrə baş eksperti və Azərbaycan üzrə əlaqələndirici şəxs Marqarita Nikolovska, BMTİP-in layihə rəhbəri Eltəkin Ömərov və Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Zaur Əliyev iştirak ediblər.

Məqsəd Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi ilə yaxından tanış olmaq, eyni zamanda regionda peşə təhsili istiqamətində cari gedən proseslər barədə məlumat almaq, həmçinin tövsiyələr verməkdir.

Səfər Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunur. Layihənin əsas məqsədi əmək bazarının tələblərinə uyğun tədrisin təşkilinə dəstək olmaq və bu istiqamətdə Azərbaycandakı peşə təhsil müəssisələrinin müasirləşdirilməsinə yardım göstərməkdir.

Qeyd edək ki, Avropa Təlim Fondu Azərbaycanda peşə təhsili siyasətlərinin inkişaf etdirilməsinə və ömürboyu təhsil yanaşmasının tətbiqinə dəstək verməyə çalışır.

Son xəbərlər

Orphus sistemi