Zala telefon keçirdi, sual kitabçasının şəklini sosial şəbəkədə yaydı

Zala telefon keçirdi, sual kitabçasının şəklini sosial şəbəkədə yaydı Dövlət İmtahan Mərkəzinin bu gün keçirdiyi buraxılış imtahanında bir nəfər imtahan binasına mobil telefonla daxil olmağa nail olub və sual kitabçasının şəklini çəkərək imtahandan sonra sosial şəbəkələrdə yayıb.
Elm və təhsil
10 İyun , 2020 16:46
Zala telefon keçirdi, sual kitabçasının şəklini sosial şəbəkədə yaydı
Report/Firudin Səlimov

Dövlət İmtahan Mərkəzinin bu gün keçirdiyi buraxılış imtahanında bir nəfər imtahan binasına mobil telefonla daxil olmağa nail olub və sual kitabçasının şəklini çəkərək imtahandan sonra sosial şəbəkələrdə yayıb.

"Report" xəbər verir ki, bu barədə DİM məlumat yayıb. 

Qeyd olunub ki, həmin imtahan iştirakçısının kimliyi dərhal müəyyən olunub və imtahan nəticələri ləğv olunub. Bu məsələ ilə əlaqədar imtahan nəzarətçisi və buraxılış rejimi əməkdaşının izahatı alınıb və araşdırma aparılır.

İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini və ya imtahan iştirakçısının sağlamlığı haqqında bəyannaməni evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər (abituriyentlər) də olub.

Son xəbərlər

Orphus sistemi