Bu ilin sonunda bağçalara isti yeməklərin verilməsi ilə bağlı pilot layihənin qiymətləndirilməsi aparılacaq

Bu ilin sonunda bağçalara isti yeməklərin verilməsi ilə bağlı pilot layihənin qiymətləndirilməsi aparılacaq “Bu ilin sonuna qədər uşaq bağçalarına isti yeməklərin verilməsi ilə bağlı pilot layihənin qiymətləndirilməsi həyata keçiriləcək”.
Elm və təhsil
13 Aprel , 2023 12:40
Bu ilin sonunda bağçalara isti yeməklərin verilməsi ilə bağlı pilot layihənin qiymətləndirilməsi aparılacaq
Elnur Əliyev

“Bu ilin sonuna qədər uşaq bağçalarına isti yeməklərin verilməsi ilə bağlı pilot layihənin qiymətləndirilməsi həyata keçiriləcək”.

“Report” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

Şöbə müdiri bildirib ki, qiymətləndirmənin sonunda yekun qərar veriləcək.

E.Əliyev vurğulayıb ki, Mingəçevir, Bərdə, Gəncə və Bakıda bəzi bağçalarda layihə icra olunur: "Müqavilə şərtlərində bütün standartlar qeyd olunur. Bu da normativ hüquqi sənədlərə əsasən tərtib edilir. Aidiyyəti dövlət qurumları qida ilə bağlı monitorinqlər də aparır. Bağçalara yemək verilməsi ilə məşğul olacaq ketrinq şirkətlərində nöqsanlar aşkarlanacağı təqdirdə müvafiq addımlar atılacaq".

Son xəbərlər

Orphus sistemi