Bu il müəlliflik hüququ pozulan yeddi nəfər agentliyə müraciət edib 

Bu il müəlliflik hüququ pozulan yeddi nəfər agentliyə müraciət edib  Bu il ərzində pozulmuş müəlliflik hüquqlarının bərpası ilə bağlı Əqli Mülkiyyət Agentliyinə daxil olan müraciətlərin sayı açıqlanıb.
Elm və təhsil
29 Noyabr , 2021 12:34
Bu il müəlliflik hüququ pozulan yeddi nəfər agentliyə müraciət edib 
0 : 00
0 : 00

Bu il ərzində pozulan müəlliflik hüquqlarının bərpası ilə bağlı Əqli Mülkiyyət Agentliyinə daxil olan müraciətlərin sayı açıqlanıb.

Agentlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, 2021-ci ildə bununla bağlı fiziki və hüquqi şəxslər tərəfindən quruma yeddi müraciət daxil olub.

Şikayətlər əsasən elmi və ədəbi əsərlər və musiqi sahəsini əhatə edir.

"Müraciətlərlə bağlı agentlik tərəfindən öz səlahiyyətləri çərçivəsində bütün zəruri tədbirlər həyata keçirilib, müvafiq araşdırmalar aparılıb, təqdim edilən sənəd və materiallar təhlil edilib, müqayisə aparılıb və zəruri hallarda digər aidiyyəti qurumlara sorğular göndərilib. Daxil olmuş müraciətlərin əksəriyyəti müsbət həll edilib", - agentlikdən qeyd olunub.

Son xəbərlər

Orphus sistemi