Bu il məktəbi bitirən məzunlara attestatların verilməsinə başlanılıb
Elm və təhsil
- 03 iyul, 2019
- 06:02
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə IX və XI sinfi bitirən məzunlara attestatların verilməsinə başlanılıb.
Bu barədə "Report"a idarədən məlumat verilib.
Bildirilib ki, 2017-ci ildən etibarən IX sinfi başa vuran məzunlara şəhadətnamə deyil, attestat təqdim olunur. Attestatlarda təhsil müddətində hər bir fənn üzrə tədris olunan saatların ümumi miqdarı, illik və imtahan qiymətləri yazılır. Tam orta təhsil haqqında attestatda şagirdin bitirdiyi sinfin təmayül istiqaməti də qeyd olunur.
Xatırladaq ki, attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” əsasında məzunlara təqdim olunur.
Son xəbərlər
03:38
Almaniyada xarici kəşfiyyatın səlahiyyətləri artırılır
Digər ölkələr02:55
KİV: "TikTok" ABŞ-dəki biznesini satmaq üçün müqavilə imzalayıb
İKT02:29
Avropa İttifaqı ilə Mercosur arasında sazişin imzalanması baş tutmayıb
Digər ölkələr02:11
Tramp Venesuelaya zərbə endirmək üçün Konqresin təsdiqinə ehtiyac olmadığını bildirib
Digər ölkələr02:06
UEFA Konfrans Liqası: Liqa mərhələsində VI turun oyunları keçirilib
Futbol02:01
Video
Keçmiş pilot ailəsi ilə birlikdə təyyarə qəzasında həlak olub - Yenilənib
Digər ölkələr01:26
"Napoli" İtaliya Superkubokunun finalında
Futbol01:13
Tramp: Yaxın zamanda Rusiya-Ukrayna müharibəsini yekunlaşdırmaq şansı var
Digər ölkələr00:50