Bu il monitorinq aparılan məktəbəqədər təhsil müəssisələrinin sayı açıqlanıb

Bu il monitorinq aparılan məktəbəqədər təhsil müəssisələrinin sayı açıqlanıb Cari ildə 50 məktəbəqədər təhsil müəssisəsində keyfiyyət təminatının monitorinqi aparılıb.
Elm və təhsil
11 Dekabr , 2023 10:33
Bu il monitorinq aparılan məktəbəqədər təhsil müəssisələrinin sayı açıqlanıb

Cari ildə 50 məktəbəqədər təhsil müəssisəsində keyfiyyət təminatının monitorinqi aparılıb.

"Report" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə heyətinin sədri Tural Əhmədov deyib.

O qeyd edib ki, hesabatların hazırlanmasında müvafiq təcrübəyə malik beynəlxalq ekspertizası, eyni zamanda qanunvericilik təcrübəsi olan həmkarlardan ibarət inspeksiya qrupları formalaşılıb: "Onlar da keyfiyyət monitorinqinin qiymətləndirilməsi çərçivə sənədini hazırlayıblar. Bu çərçivə sənədi əsasında monitorinqlər aparılıb.

Hesabatlar məktəbəqədər təhsil müəssisələrinin təhlili, ondan irəli gələn çətinliklərin aradan qaldırılması istiqamətində növbəti monitorinqlərin aparılması istiqamətində zəruri addımların atılmasını özündə əks etdirir. Eyni zamanda, sənəd Elm və Təhsil Nazirliyinin aidiyyəti strukturları üçün yol xəritəsi rolunu oynayır".

Agentlik sədri qeyd edib ki, bu istiqamətdə paralel olaraq alt sənədlər hazırlanıb. "Eyni zamanda, məktəbəqədər təhsil müəssisələrinin heyətinin şagirdlərlə ünsiyyətinin dəyərləndirilməsi, infrastrukturun təkmilləşdirilməsi üçün müvafiq qiymətləndirmə sənədləri paralel olaraq hazırlanıb".

Son xəbərlər

Orphus sistemi