Builki sertifikasiya imtahanlarında riyaziyyat və ingilis dili müəllimləri üstünlük təşkil edəcək

Builki sertifikasiya imtahanlarında riyaziyyat və ingilis dili müəllimləri üstünlük təşkil edəcək Bu il keçiriləcək sertifikasiya imtahanlarında riyaziyyat və ingilis dili müəllimləri üstünlük təşkil edəcək.
Elm və təhsil
6 İyun , 2024 11:16
Builki sertifikasiya imtahanlarında riyaziyyat və ingilis dili müəllimləri üstünlük təşkil edəcək

Bu il keçiriləcək sertifikasiya imtahanlarında riyaziyyat və ingilis dili müəllimləri üstünlük təşkil edəcək.

"Report" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.

O qeyd edib ki, prosesə ilkin olaraq ibtidai sinif müəllimlərindən başlanılmışdı: "Bu il isə bütün fənn müəllimləri prosesə cəlb olunub. Həm də nəzərə almaq lazımdır ki, 9 və 11-ci sinif buraxılış məsələsini nəzərə alaraq riyaziyyat və ingilis dili fənləri üzrə müəllimlərin imtahana cəlbi önəmlidir".

N.İsmayılbəyli əlavə edib ki, ötən il uğur qazana bilməyən 493 nəfər Azərbaycan dili və ədəbiyyat, 5 495 nəfər isə ibtidai sinif üzrə təlimlərə cəlb olunub.

Son xəbərlər

Orphus sistemi