Bu il Azərbaycanda diplomları tanınmayan xarici universitetlərin adları açıqlandı - SİYAHI

Bu il Azərbaycanda diplomları tanınmayan xarici universitetlərin adları açıqlandı - SİYAHI Bu ilin I rübü ərzində diplomların tanınması üzrə müraciətlərin statistikası açıqlanıb
Elm və təhsil
703
13 Aprel , 2021 09:45
Bu il Azərbaycanda diplomları tanınmayan xarici universitetlərin adları açıqlandı - SİYAHI

Bu ilin I rübü ərzində Azərbaycanda diplomların tanınması üzrə müraciətlərin statistikası açıqlanıb.

“Report” xəbər verir ki, ötən dövr ərzində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə 678 müraciət daxil olub.

Onlardan 493-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 185 nəfərin müraciətinə isə mənfi cavab verilib. Tanınma üzrə müraciətlərin icrası yanvar ayı üzrə 21, fevral ayı üzrə 14, mart ayı üzrə isə 20 gün ərzində tamamlanıb.

Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 103, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 72 və digər səbəblərə görə 10 nəfərin müraciəti mənfi cavablandırılıb.

İxtisas seçimlərində iqtisadiyyat üzrə 112, hüquqşünaslıq üzrə 91, maliyyə üzrə 82, tibb üzrə 75, biznesin idarə edilməsi üzrə 49, mühəndislik üzrə 48, menecment üzrə 41, beynəlxalq münasibətlər üzrə 32, turizim üzrə 14, kompüter elmləri üzrə 13 və digər ixtisaslar üzrə 121 müraciət qeydə alınıb.

Ölkələr üzrə müraciətlərin sayına gəlincə, Ukraynadan 197, Türkiyədən 170, Rusiyadan 167, Gürcüstandan 50, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 11, digər ölkələrdən isə 83 müraciətin olduğu müşahidə edilib.

Ümumilikdə rüb ərzində verilən mənfi qərarların 29 %-i 10 ali təhsil müəssisəsinin (Tbilisi Humanitar Tədris Universiteti, Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Universiteti, H.P.Konaşeviç-Saqaydaçnıy adına Kiyev Su Nəqliyyatı İnstitutu, “Sinergiya” Moskva Maliyyə-Sənaye Universiteti, Poltava İqtisadiyyat və Ticarət Universiteti, Simon Kuznets adına Xarkov Milli İqtisad Universiteti, Odessa Dövlət Ekologiya Universiteti, Voljsk Dövlət Su Nəqliyyatı Universiteti, Tbilisi Açıq Tədris Universiteti və Avropa Universiteti (Gürcüstan) payına düşür.

Son xəbərlər

Orphus sistemi