Bu il Azərbaycanda 125 məzuna qızıl nişan verilib

Bu il Azərbaycanda 125 məzuna qızıl nişan verilib Təhsil naziri Emin Əmrullayev 2019-2020-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında əmr imzalayıb.
Elm və təhsil
18 Sentyabr , 2020 17:17
Bu il Azərbaycanda 125 məzuna qızıl nişan verilib
0 : 00
0 : 00

Təhsil naziri Emin Əmrullayev 2019-2020-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında əmr imzalayıb. 

Təhsil Nazirliyindən "Report"a bildirilib ki, əmrə əsasən, ötən tədris ilinin XI sinif məzunlarından 125 nəfər qızıl, 76 nəfər isə gümüş nişanla təltif olunub. 

Qaydalara əsasən, ümumi təhsil pilləsini xüsusi nailiyyətlərlə başa vuran məzunlar qızıl və ya gümüş nişanla təltif olunurlar.

Son xəbərlər

Orphus sistemi