Bu il ali məktəblərdə işləyən 500-ə yaxın əcnəbi professor və müəllimə yaşama icazəsi verilib

Bu il ali məktəblərdə işləyən 500-ə yaxın əcnəbi professor və müəllimə yaşama icazəsi verilib Bu il ali məktəblərdə işləyən 500-ə yaxın əcnəbi professor və müəllimə yaşama icazəsi verilib.
Elm və təhsil
26 Dekabr , 2023 12:02
Bu il ali məktəblərdə işləyən 500-ə yaxın əcnəbi professor və müəllimə yaşama icazəsi verilib

Bu il ali məktəblərdə işləyən 500-ə yaxın əcnəbi professor və müəllimə yaşama icazəsi verilib.

“Report”un xəbərinə görə, bu barədə Dövlət Miqrasiya Xidməti (DMX) Baş idarə rəisinin müavini Tamilla Hacıyeva deyib.

Onun sözlərinə görə, ölkəyə miqrant axınını səciyyələndirən amillərdən biri də ali təhsil sisteminin keyfiyyətinin yaxşılaşdırılması, beynəlxalq standartlara uyğunlaşdırılması və təhsilin cəlbediciliyinin artırılmasıdır: “Biz bu tendensiyanı ölkəmizdə hər il əcnəbi tələbələrin sayının artmasında müşahidə edirik. Hazırda Azərbaycanda yaşayan miqrantların önəmli bir qismini respublikanın ali təhsil müəssisələrində oxuyan və çalışan əcnəbilər təşkil edir. Əcnəbi tələbələrlə yanaşı, ali təhsil müəssisələrində çalışan əcnəbi və vətəndaşlığı olmayan professor və müəllim heyəti üçün də bütün zəruri imkanlar təmin olunub. 2023-cü ildə professor və müəllim heyəti üçün 500-ə yaxın yaşama icazəsi rəsmiləşdirilib”.

T.Hacıyeva bildirib ki, Dövlət Miqrasiya Xidmətinin əcnəbi tələbə və müəllimlərlə bağlı işinin digər bir istiqaməti onların yerli cəmiyyətə inteqrasiyasının təmin edilməsidir: “Bu istiqamətdə Dövlət Xidməti müxtəlif layihələri icra edir və zəruri tədbirləri görür. Ölkəmizdə mövcud siyasi sabitlik və iqtisadi inkişaf, Azərbaycanın multikultural dəyərləri, xalqımızın qonaqpərvərliyi və bəşəri dəyərlərə önəm verməsi ölkəmizdəki əcnəbi tələbələrin özlərini rahat hiss etmələrini şərtləndirir. Əcnəbilər, o cümlədən əcnəbi tələbələr arasında aparılmış sorğular onların inteqrasiya ilə bağlı çətinliklər yaşamadığını göstərir. Bununla belə, Dövlət Xidməti əcnəbilərə ödənişsiz Azərbaycan dili ilə bağlı kurslar təşkil edir, həmçinin onların yerli cəmiyyətə inteqrasiyasına yönəlmiş digər tədbirlər həyata keçirir”.

Son xəbərlər

Orphus sistemi