Bu il 336 müəllifin əsəri rəsmi qeydiyyata alınıb

Bu il 336 müəllifin əsəri rəsmi qeydiyyata alınıb 2021-ci ilin ilk 10 ayı ərzində müəlliflik hüququ obyektlərinin dövlət qeydiyyatı ilə bağlı 336 müəllifin (hüquq sahibinin) və hüquqi şəxsin 798 müraciəti əsasında 733 əsər Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirilib.
Elm və təhsil
29 Noyabr , 2021 17:36
Bu il 336 müəllifin əsəri rəsmi qeydiyyata alınıb
0 : 00
0 : 00

2021-ci ilin on ayı ərzində müəlliflik hüququ obyektlərinin dövlət qeydiyyatı ilə bağlı 336 müəllifin (hüquq sahibinin) və hüquqi şəxsin 798 müraciəti əsasında 733 əsər Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirilib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq agentlikdən məlumat verilib.

Bildirilib ki, bunlardan 212 müəllifin (hüquq sahibinin) və hüquqi şəxsin 312 əsəri elektron hökumət portalı (https://www.e-gov.az/az/servicess) vasitəsilə onlayn qaydada qeydiyyatdan keçirilib.

Həmçinin müraciət edən müəlliflər arasında bəstəkarlar Cavanşir Quliyev və Vüqar Camalzadə, rəssam Faiq Əhməd də var.

Son xəbərlər

Orphus sistemi