Bu il 100 mindən çox uşaq məktəbəhazırlığa cəlb edilib

Bu il 100 mindən çox uşaq məktəbəhazırlığa cəlb edilib Ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına 5 yaşlı uşaqların məktəbəhazırlıq təhsili 2013-cü ildəki 24 faizdən 2019-2020-ci tədris ilində 80 faizə çatdırılıb, 100 mindən çox uşaq təhsilə cəlb edilib.
Elm və təhsil
243
11 İyun , 2020 12:38
Bu il 100 mindən çox uşaq məktəbəhazırlığa cəlb edilib

Ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına 5 yaşlı uşaqların məktəbəhazırlıq təhsili 2013-cü ildəki 24 faizdən 2019-2020-ci tədris ilində 80 faizə çatdırılıb, 100 mindən çox uşaq təhsilə cəlb edilib.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, bu tədris ilində ölkə üzrə 33 rayon və şəhərin 308 icmasını əhatə edən 321 icma əsaslı məktəbəqədər təhsil qrupuna 6 212 nəfər 3 və 4 yaşlı uşaq cəlb edilib.

Pandemiya dövründə “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində UNICEF-in maliyyə dəstəyi ilə “Mədəniyyət” kanalında “Oynayırıq və öyrənirik” adlı teledərslər nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi