Bu gündən kolleclərə sənəd qəbulu başlayıb - YENİLƏNİB

Bu gündən kolleclərə sənəd qəbulu başlayıb - YENİLƏNİB Bu gündən kolleclərə sənəd qəbulu başlayır
Elm və təhsil
14 Avqust , 2023 15:00
Bu gündən kolleclərə sənəd qəbulu başlayıb - YENİLƏNİB

Bu gündən kolleclərə sənəd qəbulu başlayıb.

Bu barədə “Report”a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qeydiyyat prosesi avqustun 23-ü saat 18:00-da yekunlaşacaq.

10:40

Bu gün saat 15:00-da ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların elektron sənəd qəbuluna start verilir.

Bu barədə "Report"a Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, müraciətçilər "portal.edu.az" saytı üzərindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Qeydiyyat prosesi avqustun 23-ü saat 18:00-da yekunlaşacaq.

"Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər", - məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi