Azərbaycanda, o cümlədən paytaxt Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrində məzunlar üçün “Son zəng” tədbiri keçirilir.
"Report" xəbər verir ki, 27 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, BŞTİ-nin struktur bölmə rəhbərləri, məzunlar, məhdud sayda müəllimlər iştirak edirlər.
Tədbirdən öncə jurnalistlərə açıqlama verən İdarənin müdiri Mehriban Vəliyeva xatırladıb ki, “Son zəng” tədbiri məktəblərin həyətyanı ərazisində sosial məsafə gözlənilməklə açıq hava şəraitində 1 saatdan artıq olmamaqla keçirilir: "XI sinif şagirdlərinin sayı 100 nəfərdən çox olan ümumi təhsil müəssisələrində tədbir iki mərhələdə təşkil olunur".
"Son zəng" tədbiri tədbirində məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar və maraqlı maraqlı proqram nümayiş etdirilir.
Qeyd edək ki, 2020-2021-ci tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 34 874, XI siniflərini isə 20 024 nəfər bitirib. Paytaxtda 44 847 nəfər I sinfi, 146 nəfər XII sinfi (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) başa vurub.
Azərbaycanda bütün ümumi təhsil müəssisələrində "Son zəng" tədbirləri keçirilir.
"Report"un Bakıdakı 27 saylı məktəbdə olan əməkdaşı xəbər verir ki, "Son zəng" tədbiri müəyyən edilmiş qaydalara əməl olunmaqla keçirilir.
Belə ki, açıq hava şəraitində və sosial məsafə gözlənilməklə keçirilən tədbirdə yalnız ümumi təhsil müəssisəsinin 11-ci sinif şagirdləri, məktəb rəhbərliyi və məhdud sayda müəllim iştirak edir.
Bu gün Azərbaycanda bütün ümumi təhsil müəssisələrində "Son zəng" tədbirləri keçiriləcək.
"Report" xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın razılığı əsasında "Son zəng" tədbiri müəyyən edilmiş qaydalara əməl edilməklə baş tutacaq.
Belə ki, tədbir ümumi təhsil müəssisəsinin həyətyanı ərazisində sosial məsafə gözlənilməklə açıq hava şəraitində bir saatdan artıq olmamaqla keçirilə bilər.
Tədbirdə yalnız ümumi təhsil müəssisəsinin 11-ci sinif şagirdləri, məktəb rəhbərliyi və məhdud sayda müəllim iştirak edə bilər.
Həmçinin 11-ci sinif şagirdlərinin sayı 100-dən çox olan ümumi təhsil müəssisələrində iki mərhələdə, günün müxtəlif vaxtlarında keçiriləcək. Eyni zamanda tədbirin qapalı məkanlarda (akt zalları, idman zalları, sinif otaqları, məktəbin foyesi və s) təşkil edilməsinə və tədbirdə valideynlərin iştirakına icazə verilməyəcək.
Qeyd edək ki, 2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 131 227 nəfər, XI siniflərini 84 069 nəfər şagird bitirəcək. IX sinfi bitirənlərdən 60 403 nəfəri qız, 70 824 nəfəri oğlan, XI sinfi bitirənlərdən 38 461 nəfəri qız, 45 608 nəfəri oğlandır. 2020-2021-ci tədris ilində respublika üzrə ümumtəhsil məktəbində fəaliyyət göstərən 6 110 məktəbəhazırlıq qrupunu 106 580 nəfər uşaq başa vurub.
2021-2022-ci tədris ilində respublika üzrə 158 608 uşağın I sinifdə təhsil alacağı proqnozlaşdırılır.