Bu gün kolleclərin boş qalan yerlərinə qəbul olunanların qeydiyyat başa çatır

Bu gün kolleclərin boş qalan yerlərinə qəbul olunanların qeydiyyat başa çatır Qeydiyyatdan keçməməyənlərin adı qəbul olunanlar siyahısından xaric ediləcək
Elm və təhsil
13 Sentyabr , 2017 10:21
Bu gün kolleclərin boş qalan yerlərinə qəbul olunanların qeydiyyat başa çatır
Report

Bakı. 13 sentyabr. REPORT.AZ/ Bu gün tam (11 illik) orta və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan plan yerlərinə qəbul olunanların qeydiyyatı başa çatır. 

Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, abituriyentlər saat 17:00-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Onlar tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və qəbul olunanlar siyahısından xaric ediləcək.