İlin ilk Ay tutulması başa çatdı - YENİLƏNİB - 2

İlin ilk Ay tutulması başa çatdı - YENİLƏNİB - 2 Təbiət hadisəsi Azərbaycanda müşahidə olunmayıb
Elm və təhsil
4305
26 May , 2021 16:53
İlin ilk Ay tutulması başa çatdı - YENİLƏNİB - 2
0 : 00
0 : 00

İlin ilk Ay tutulması hadisəsi başa çatıb.

“Report” xəbər verir ki, tam tutulma Bakı vaxtı ilə saat 13:44:57-də başlamışdı.

Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə təbiət hadisəsi Azərbaycanda müşahidə olunmayıb.

Qeyd edək ki, ilin ikinci və son Ay tutulması noyabrın 19-da qeydə alınacaq.

13.45

Bu ilin ilk Ay tutulması başlayıb.

"Report"un xəbərinə görə, tam Ay tutulması Bakı vaxtı ilə 16:52:23-də sona çatacaq.

09:31

Bu gün 2021-ci ilin ilk Ay tutulması hadisəsi baş verəcək.

"Report"un xəbərinə görə, tam Ay tutulması Bakı vaxtı ilə saat 13:44:57-də başlayacaq və 16:52:23-də sona çatacaq.

Tutulmanın maksimumu saat 15:18:42-də olacaq və 3 saat 8 dəqiqə davam edəcək. Tutulma hadisəsi Şərqi Asiya, Avstraliya, Amerika, Sakit okeanda müşahidə olunacaq.

Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə təbiət hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

Qeyd edək ki, bu il 2 Ay tutulması hadisəsi olacaq. İkinci tutulma isə noyabrın 19-da qeydə alınacaq.

Son xəbərlər

Orphus sistemi