Bu gün AMEA-nın yeni prezidentinin seçilməsi məsələsinə baxılacaq

Bu gün AMEA-nın yeni prezidentinin seçilməsi məsələsinə baxılacaq AMEA-nın bu gün keçirilən ümumi yığıncağında akademiyaya yeni prezidentin seçilməsi məsələsinə baxılacaq.
Elm və təhsil
25 Oktyabr , 2022 10:53
Bu gün AMEA-nın yeni prezidentinin seçilməsi məsələsinə baxılacaq

"AMEA-nın bu gün keçirilən ümumi yığıncağında akademiyaya yeni prezidentin seçilməsi məsələsinə baxılacaq".

Bunu “Report”a açıqlamasında AMEA-nın prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov deyib.

O bildirib ki, bugünkü iclasda həm də akademiyanın yeni Nizamnaməsi qəbul olunacaq: "Nizamnamə təsdiq olunması üçün Prezident Administrasiyasına təqdim olunacaq. Gündəlikdə yer alan təşkilati məsələyə gəlincə, bu, iclasın gedişatında məlum olacaq".

Rəyasət Heyətinin binasının aqibətinə toxunan A.Həşimov əlavə edib ki, hazırda bu məsələ gündəmdə deyil.

Son xəbərlər

Orphus sistemi