BŞTİ nəzdində yeni komissiya yaradılıb

BŞTİ nəzdində yeni komissiya yaradılıb Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) nəzdində yeni Psixoloji-tibbi-pedaqoji komissiya yaradılıb.
Elm və təhsil
7 Sentyabr , 2021 16:40
BŞTİ nəzdində yeni komissiya yaradılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) nəzdində yeni Psixoloji-tibbi-pedaqoji komissiya yaradılıb.

“Report”un məlumatına görə, bununla bağlı idarənin müdiri Mehriban Vəliyeva müvafiq əmr imzalayıb.

Əmrə əsasən, komissiya sağlamlıq imkanları məhdud uşaqların xüsusi təhsilə cəlb olunması işinin günün tələbləri səviyyəsində qurulmasına, onların yaşayış yerlərinə daha yaxın olmasına, səmərəliliyinin artırılmasına, həmçinin bu sahədə işin keyfiyyət göstəricilərində müsbət dinamikaya nail olmaq üçün yaradılıb.

Əmrə görə, BŞTİ nəzdində 3 saylı Psixoloji-tibbi-pedaqoji komissiya yaradılıb. Komissiyanın tərkibi də müəyyənləşib. Belə ki, Məktəb Lisey Kompleksinin psixoloqu Aygün Cəfərova komissiyanın sədri təyin edilib. Sədrə müavin və üzvlər də müəyyən edilib.

Əmrin icrasına nəzarəti M.Vəliyeva özü edəcək.

Son xəbərlər

Orphus sistemi