BŞTİ müdiri valideynlərin qiymətləndirmədə övladlarına köməyindən danışdı

BŞTİ müdiri valideynlərin qiymətləndirmədə övladlarına köməyindən danışdı “Qiymətləndirmənin aparılması məsuliyyətinin bir hissəsi müəllimlərə verildi".
Elm və təhsil
27 Yanvar , 2021 12:37
BŞTİ müdiri valideynlərin qiymətləndirmədə övladlarına köməyindən danışdı
Mehriban Vəliyeva

“Qiymətləndirmənin aparılması məsuliyyətinin bir hissəsi müəllimlərə verildi. Çünki onlar şagirdlərini yaxşı tanıyır. Valideyn neqativ hallara yol verirsə və sualların cavablandırılmasında köməklik edirsə, övladının gələcək təhsilinə səd çəkir. Burada uduzan şagirddir”.

“Report” xəbər verir ki, bu fikirləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva media nümayəndələri üçün keçirilən “Tədrisin ənənəvi formasının bərpası” mövzusunda onlayn seminarda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, zəif olan şagird qiymətləndirmədə yüksək nəticə göstərirsə, burada məktəb yox, şagird uduzur: “Valideyn öz övladına kömək edirsə, buna nəsə edə bilmərik. O, sadəcə övladına qarşı yalan danışmış olur”.

Son xəbərlər

Orphus sistemi