BŞTİ: Mövsümlə əlaqəli şagirdlər arasında kütləvi xəstələnmə qeydə alınmayıb

BŞTİ: Mövsümlə əlaqəli şagirdlər arasında kütləvi xəstələnmə qeydə alınmayıb Pedaqoji kollektivə şagirdlərin səhhəti ilə bağlı məsələlərdə daha diqqətli olmaları tövsiyə edilib
Elm və təhsil
1275
4 Noyabr , 2016 13:24
BŞTİ: Mövsümlə əlaqəli şagirdlər arasında kütləvi xəstələnmə qeydə alınmayıb

Bakı. 4 noyabr. REPORT.AZ/ “Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərindən şagirdlərin kütləvi xəstələnməsi barədə məlumat daxil olmayıb”.

Bu barədə “Report”un sorğusuna cavab olaraq təhsil idarəsindən bildirilib.

“Eyni zamanda, məktəblərdə tibb otaqları zəruri avadanlıqlarla təchiz edilib, pedaqoji kollektivə şagirdlərin səhhəti ilə bağlı məsələlərdə daha diqqətli olmaları tövsiyə edilib”, - idarədən əlavə olunub.

Qeyd edək ki, Bakı Şəhər Dezinfeksiya Stansiyası ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində, eləcə də qaçqın və məcburi köçkünlərin sıx məskunlaşdığı yerlər və əhalinin digər kütləvi toplaşdığı ərazilərdə qrip və kəskin respirator virusa qarşı kütləvi dezinfeksiya tədbirlərinə başlayıb.

Payız-qış mövsümündə uşaqlar arasında kəskin respirator virus infeksiyalarının yayılması halları müşahidə olunur. Bu infeksiyalar adətən məktəb yaşlı uşaqlar arasında daha çox müşahidə edilir.

Son xəbərlər