BŞTİ işə qəbulla bağlı müsabiqənin II mərhələsinin vaxtını açıqlayıb

BŞTİ işə qəbulla bağlı müsabiqənin II mərhələsinin vaxtını açıqlayıb Bakı. 31 oktyabr. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin II (test imtahanı) mərhələsi 3-5 noyabr tarixlərində keçiriləcək.
Elm və təhsil
31 Oktyabr , 2017 15:35
BŞTİ işə qəbulla bağlı müsabiqənin II mərhələsinin vaxtını açıqlayıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin II (test imtahanı) mərhələsi 3-5 noyabr tarixlərində keçiriləcək.

İdarənin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, müsabiqənin keçirilmə yeri və konkret vaxtı barədə namizədlərin şəxsi səhifəsinə məlumat göndəriləcək.

Qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən 1347 şəxs http://musabiqe.baku.edu.az/ portalı vasitəsilə qeydiyyatdan keçib. Qeydiyyatdan keçən 700-dən artıq şəxsin elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti (test imtahanı) mərhələsində iştirakı mümkün hesab edilib. Müvafiq vəzifələr üzrə qoyulan tələblərə uyğun gəlmədiyindən 600-ə yaxın müraciətə imtina verilib.

I mərhələnin yekunu barədə məlumatlar artıq namizədlərin şəxsi səhifələrinə göndərilib. Müsabiqə ilə bağlı hər hansı sual yaranarsa, (012) 599-12-22 (daxili 60-25; 60-28), mob: 055-336-36-39 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Müsabiqənin hər hansı mərhələsində elektron ərizədəki məlumatlar ilə mövcud faktiki vəziyyət arasında uyğunsuzluq aşkar edilərsə, namizədlərin nəticələri ləğv ediləcək.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrinə işə qəbul üzrə müsabiqə də yaxın vaxtlarda elan ediləcək.

Son xəbərlər

Orphus sistemi