Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin vakansiya seçimi mərhələsinə sentyabrın 10-dan start verilib.
İdarədən "Report"a verilən məlumaat görə, vakansiya seçimi mərhələsi 14 sentyabr saat 10:00-dək davam edəcək.
Müsahibə mərhələsini müvəffəqiyyətlə başa vuran namizədlər bu müddət ərzində
Qeyd edək ki, müvafiq vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslərin müsahibə nəticələri artıq onların şəxsi kabinetlərinə göndərilib.
Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.