Azərbaycan vətəndaşı “Böyük Çin səddi” təqaüd proqramının qalibi olub

Azərbaycan vətəndaşı “Böyük Çin səddi” təqaüd proqramının qalibi olub UNESKO-nun Çin Xalq Respublikası (ÇXR) ilə birgə 2019-2020-ci tədris ili üçün elan etdiyi “Böyük Çin səddi” təqaüd proqramının nəticələri elan edilib.
Elm və təhsil
5 Sentyabr , 2019 11:51
Azərbaycan vətəndaşı “Böyük Çin səddi” təqaüd proqramının qalibi olub

UNESKO-nun Çin Xalq Respublikası (ÇXR) ilə birgə 2019-2020-ci tədris ili üçün elan etdiyi “Böyük Çin səddi” təqaüd proqramının nəticələri elan edilib. 

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, proqram üzrə 1 nəfər Azərbaycan vətəndaşının namizədliyi təsdiqlənib.

Qalib namizəd Çinin “Shaanxi Normal University” ali təhsil müəssisəsində magistratura təhsil səviyyəsində “Çin dili” ixtisası üzrə təhsil alacaq.

Qeyd edək ki, təqaüd proqramının müddəti 1 ildir və tələbənin təhsil haqqı, yataqxana, eləcə də aylıq təqaüd və tibbi sığorta xərcləri ÇXR tərəfindən, yol xərci isə UNESKO tərəfindən qarşılanacaq.

Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə cari ilin 15 fevral tarixində elan verilib. 

Son xəbərlər

Orphus sistemi