BMT-nin İnkişaf Proqramı (UNDP) hər zaman gənclərdən daxil olan innovativ ideyalara maraq göstərdiyi üçün bu ideatonu keçiririk.
Bu barədə "Report"a İnkişaf Proqramının İnnovasiyalar şöbəsinin müdiri Leyla Seyidzadə məlumat verib.
O qeyd edib ki, dünya bazarı “yaşıl transformasiya”ların ehtiyaclarına uyğunlaşdırmağa macal tapmır.
“Biz “yaşıl iqtisadiyyat” kontekstində gənclərin məşğulluğu problemlərindən danışırıq, çünki oradakı istiqamətlər hələ yenidir və təhsil müəssisələrinin öz bilik və bacarıqlarını tətbiq etməyə hazır olan mütəxəssislər yetişdirməyi çatdırmır”, - şöbə müdiri bildirib.
L.Seyidzadə həmçinin qeyd edib ki, ölkədə yaşıl “iqtisadiyyat” sahəsində biznes ideyaları və startaplar fəal şəkildə inkişaf edir, ideaton kimi tədbirlər isə gənclərə yeni həllər və konsepsiyalar təklif etməkdə kömək edir.
“Əminəm ki, gənclərin düzgün təhsil alması və onların “yaşıl layihə”lərlə bağlı fəaliyyət sahələrinə cəlb edilməsi məsələsi həll olunarsa, ölkədə “yaşıl startap”lar daha çox ola bilər”,- əlavə edib.