“Süni intellekt sferasının qlobal iqtisadiyyata töhfəsi 2030-cu ilə qədər 15 trilyon dollara çata bilər”.
“Report” xəbər verir ki, bunu BMT Baş katibi Antoniu Quterreş qurumun Təhlükəsizlik Şurasının süni intellektə həsr olunmuş iclasında deyib.
O, generativ süni intellektin inkişafından heyrətləndiyini və yaxşı mənada şoka düşdüyünü vurğulayıb.
“Bu yeni texnologiyanın bütün formalarında sürəti və əhatə dairəsi tamamilə misilsizdir”, - A.Quterreş bildirib və qeyd edib ki, məşhur “ChatGPT” çat-botunun istifadəçilərinin sayı cəmi iki ay ərzində 100 milyona çatıb.
“Maliyyə sektorunda süni intellektin qlobal iqtisadiyyata töhfəsinin 2030-cu ilə qədər 10 trilyon ilə 15 trilyon dollar arasında olacağını gözlənilir”, - A.Quterreş əlavə edib.