Binədə məktəblə bağlı xüsusi komissiya yaradılıb

Binədə məktəblə bağlı xüsusi komissiya yaradılıb Xəzər rayonu Binə qəsəbəsində məktəbin fəaliyyəti Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) tərəfindən nəzarətə götürülüb və şagirdlər üçün daha əlverişli mühitin təmin olunması üçün xüsusi komissiya yaradılıb və bu istiqamətdə zəruri tədbirlər həyata keçirilir.
Elm və təhsil
9 Dekabr , 2023 10:52
Binədə məktəblə bağlı xüsusi komissiya yaradılıb

Xəzər rayonu Binə qəsəbəsində məktəbin fəaliyyəti Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) tərəfindən nəzarətə götürülüb və şagirdlər üçün daha əlverişli mühitin təmin olunması üçün xüsusi komissiya yaradılıb və bu istiqamətdə zəruri tədbirlər həyata keçirilir.

Bu barədə “Report”a BŞTİ-dən məlumat verilib.

İdarədən bildiriblər ki, mövcud ehtiyaclar nəzərə alınaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 292 nömrəli tam orta məktəb Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib.

Şagird sıxlığı nəzərə alınaraq 292 nömrəli tam orta məktəb ilk mərhələdə 121 nömrəli tam orta məktəbin korpusu kimi fəaliyyətə başlayıb və şagird kontingentinin bir hissəsi orada tədrisə cəlb olunub. Məktəbin fəaliyyətinin tənzimlənməsi məqsədilə müvafiq səlahiyyətlər 121 nömrəli tam orta məktəbin direktor müavinlərindən birinə tapşırılıb.

Hazırda məktəbin balansa verilməsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq sənədləşmə işləri aparılır.

Son xəbərlər

Orphus sistemi