Biləsuvarda məktəb daxilində kafedraların yaradılması ilə bağlı layihə yekunlaşıb

Biləsuvarda məktəb daxilində kafedraların yaradılması ilə bağlı layihə yekunlaşıb Biləsuvar rayonunda “Məktəb daxilində kafedraların yaradılması ilə metodik xidmət sisteminin təkmilləşdirilməsi” layihəsi yekunlaşıb. Yekun tədbirlər də pandemiya ilə bağlı mövcud şərait nəzərə alınaraq onlayn şəkildə həyata keçirilib.
Elm və təhsil
1 Dekabr , 2020 19:41
Biləsuvarda məktəb daxilində kafedraların yaradılması ilə bağlı layihə yekunlaşıb

Biləsuvar rayonunda “Məktəb daxilində kafedraların yaradılması ilə metodik xidmət sisteminin təkmilləşdirilməsi” layihəsi yekunlaşıb. Yekun tədbirlər də pandemiya ilə bağlı mövcud şərait nəzərə alınaraq onlayn şəkildə həyata keçirilib.

Layihə rəhbəri Mehman Əliyevin "Report"un Muğan bürosuna verdiyi məlumata görə, layihənin yekun mərhələsi olaraq onlayn təlimlərdən sonra kafedra rəhbərləri komanda şəklində müəllimlərlə onlayn formada işləməyə start veriblər.

"Sonda kafedralarda işin yekunu olaraq zoom proqramı vasitəsilə 5 gün ərzində hər kafedra öz işinin hesabatlılıq təqdimatlarını təşkil ediblər. Layihənin yekununda layihənin hesabatı hazırlanıb təhvil veriləcək", o deyib.

O vurğulayıb ki, layihə çərçivəsində, ilk öncə, layihə komandası formalaşdırılıb: "Daha sonra layihənin məktəb daxilində onlayn təqdimatı keçirilib. Həmçinin fənlər üzrə kafedralar yaradılıb və kafedralara rəhbərlər təyin edilib. Bu kafedra rəhbərlərinə 4 istiqamətdə onlayn təlimlər keçirilib".

Layihənin nəticəsi olaraq məktəbdə fənlər müvafiq olaraq kafedralar şəklində fəaliyyətə başlayıb. Bu cür fəaliyyət forması təhsil sahəsi üzrə qabaqcıl ölkələrdə çox böyük uğurla tətbiq olunur.

Bildirək ki, layihənin məqsədi məktəb daxilində fənlər üzrə kafedralar yaratmaqla tədris prosesinin təkmilləşdirilməsinə və daha səmərəli qurulmasına, metodiki xidmət üçün əməkdaşlıq mühitinin təkmilləşdirilməsinə, idarəetmənin asanlaşdırılmasına, öyrənmə prosesinin effektivliyinin artırılmasına şərait yaratmaqdır.

Qeyd edək ki, layihə Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi çərçivəsində qalib olub. Bu layihə sentyabrın 15-dən dekabrın 15-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi