Biləsuvar Təhsil Kompleksinə yeni rəhbər təyin olunub

Biləsuvar Təhsil Kompleksinə yeni rəhbər təyin olunub Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinə yeni icraçı direktor təyin edilib.
Elm və təhsil
11 May , 2022 12:21
Biləsuvar Təhsil Kompleksinə yeni rəhbər təyin olunub

Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Təhsil Kompleksinə yeni icraçı direktor təyin edilib.

Bu barədə "Report"un Muğan bürosuna Təhsil Kompleksindən məlumat verilib.

Biləsuvar Rayon Təhsil Şöbəsinin sabiq müdiri Aqşin Bağırov heyətə təqdim olunub.

O, Kompleksin gələcəyə doğru yüksək inkişaf tempinin, bu vektordakı müsbət istiqamətin davamlılığını təmin etməyin qarşıda duran ən vacib məqsəd və təhsil, təlim- tərbiyə sahəsində sadalanan istiqamətlər üzrə müvafiq işlərin görülməsinin prioritet məsələ olduğunu qeyd edərək qarşıya qoyulan vəzifələrin həlli üçün əlindən gələni edəcəyinə söz verib.

Qeyd edək ki, təhsil ocağının əvvəlki rəhbəri Bəhruz Mehdiyev yeni yaradılan Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müdir vəzifəsinə təyin edilib.

Son xəbərlər

Orphus sistemi