Bəzi xarici diplomların tanınmasından imtinanın səbəbi açıqlanıb

Bəzi xarici diplomların tanınmasından imtinanın səbəbi açıqlanıb Xarici diplomların tanınması zamanı müraciətçilərə verilən imtina cavabının səbəbi açıqlanıb.
Elm və təhsil
23 Dekabr , 2021 12:10
Bəzi xarici diplomların tanınmasından imtinanın səbəbi açıqlanıb

Xarici diplomların tanınması zamanı müraciətçilərə verilən imtina cavabının səbəbi açıqlanıb.

"Report" xəbər verir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Eldar Orucov keçirdiyi brifinqdə imtinanın iki səbəbinin olduğunu açıqlayıb.

Onun sözlərinə görə, imtina sərhədkeçmənin və baza dil bilgilərinin yetərli olmaması ilə bağlı olur: "Xarici ölkədə təhsil alan şəxsin həmin ölkəyə gedib-gəlmə müddəti yetərli olmur. Bir də ən əsas məsələ təhsil alınan ölkənin dil bilgiləri ilə bağlıdır. 4-5 il əyani tədris alan tələbə ilə həmin ölkənin dil bilgiləri üçün müsahibə aparılır. Bu, yalnız MDB və Gürcüstanda təhsil alanlara aiddir. Çünki real statistikaya görə, digər ölkələrdə təhsil alanlar həmin ölkənin dil bilgilərinə malik olurlar. Təəssüf ki, MDB, Gürcüstanda təhsil alanların əksəriyyəti sadə dil bilgilərinə belə malik olmurlar".

E.Orucov deyib ki, Azərbaycanda xaricdə təhsil üçün əsasən Gürcüstan, Rusiya və Ukraynaya üstünlük verilir: "Ancaq son dövrlərdə Qərb, Mərkəzi Asiya və Şərq ölkələrində təhsil almağa da maraq artıb".

Son xəbərlər

Orphus sistemi