Bəzi kateqoriyadan olan uşaqlara bağçalara qəbul zamanı üstünlük veriləcək

Elm və təhsil
  • 18 iyul, 2022
  • 06:39
Bəzi kateqoriyadan olan uşaqlara bağçalara qəbul zamanı üstünlük veriləcək

Məktəbəqədər təhsil müəssisələrində onlayn qeydiyyat zamanı bir sıra kateqoriyadan olan uşaqlara qəbul zamanı üstünlük hüquqları veriləcək.

"Report" xəbər verir ki, həmin kateqoriyaya aşağıdakı qrupları aiddir:

- şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin övladları;

- tək işləyən valideynlərin övladları;

- I və II qrup əlillərin övladları;

- hərbi xidmətdə olan valideynlərin övladları;

- təhsilalan anaların övladları;

- çoxuşaqlı ailələrdən olan uşaqlar;

- qəyyumluqda olan uşaqlar.