AAK: "Bəzi elmi ad iddiaçılarının məqalələri saxta nəşrlərdə dərc edilib"

AAK: "Bəzi elmi ad iddiaçılarının məqalələri saxta nəşrlərdə dərc edilib" “Ali Attestasiya Komissiyasında (AAK) attestasiya sənədlərinin ekspertizası zamanı bir sıra hallarda elmi dərəcə və elmi ad iddiaçılarının təqdim etdikləri məqalələrin beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olmayan saxta n
Elm və təhsil
15 Oktyabr , 2021 10:31
AAK: Bəzi elmi ad iddiaçılarının məqalələri saxta nəşrlərdə dərc edilib

“Ali Attestasiya Komissiyasında (AAK) attestasiya sənədlərinin ekspertizası zamanı bir sıra hallarda elmi dərəcə və elmi ad iddiaçılarının təqdim etdikləri məqalələrin beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olmayan saxta nəşrlərdə dərc edildiyi aşkar edilir”.

“Report” xəbər verir ki, bunu AAK-nın sədri Famil Mustafayev rəsmi qəzetə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bəzi hallarda hətta iddiaçılar özləri belə həmin nəşrlərin saxta olduğundan xəbərsiz olurlar: “Bununla əlaqədər komissiya tərəfindən "Clarivate Analytics" şirkətinə rəsmi müraciət edilib və komissiyanın "Web of Science" bazasına maneəsiz giriş imkanı təmin edilib. Nəticədə attestasiya sənədlərinin komissiyada ekspertizası zamanı "Web of Science" bazasına və digər bu kimi beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə dərc edilən elmi məqalələrin həqiqiliyinin dəqiq müəyyən edilməsi mümkün olub. "Clarivate Analytics" şirkətinin məlumatına əsasən, ölkələrin siyahısında Azərbaycan son dövrlərdə əhəmiyyətli irəliləyiş əldə edib və 2014-cü ildə "Web of Science" bazasında dərc edilən elmi işlərin sayı 527 idisə, 2020-ci ildə bu rəqəm 1787 olub”.

Sədr deyib ki, iddiaçılardan dissertasiyaların əsas nəticələrinin, həmçinin elmi konfransların nəticələri üzrə məruzə və tezislərin yerli və xarici dövri elmi nəşrlərdə dərc edilməsi ilə bağlı yeni tələblərdən biri də iddiaçıların məqalələrini xarici ölkələrdə nəşr edilən nüfuzlu elmi jurnallarda deyil, beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə dərc etdirmələrindən ibarətdir: “Müvafiq sistemlərin (bazaların) siyahısı ayrı-ayrı elm sahələri üzrə komissiya tərəfindən müəyyənləşdirilib və təsdiq edilib. Bu siyahının müəyyən edilməsi Azərbaycanda çap olunan və beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan elmi nəşrlərin sayının artmasına şərait yaradacaq və gələcəkdə iddiaçıların öz məqalələrini dərc etdirmək üçün xarici ölkələrə göndərmələrinə ehtiyac qalmayacaq”.

Son xəbərlər

Orphus sistemi