Azərbaycanda beynəlxalq təhsil proqramlarının tanınmasına görə müvafiq mexanizmlər hazırlanacaq

Azərbaycanda beynəlxalq təhsil proqramlarının tanınmasına görə müvafiq mexanizmlər hazırlanacaq Həmçinin məktəbəqədər və ümumi təhsil üzrə pedaqoji və idarəetmə heyəti sertifikatlaşdırılacaq
Elm və təhsil
20 Yanvar , 2015 17:44
Azərbaycanda beynəlxalq təhsil proqramlarının tanınmasına görə müvafiq mexanizmlər hazırlanacaq

Bakı. 20 yanvar. REPORT.AZ/ Azərbaycanda beynəlxalq təhsil proqramlarının tanınması və onların tətbiqi ilə bağlı müvafiq mexanizmlər hazırlanacaq. "Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev tərəfindən təsdiqlənən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında qeyd olunub.

Plana əsasən yeni hazırlanacaq mexanizmlər gələn ildən başlayaraq mütəmadi şəkildə həyata keçiriləcək. İşin icrası Təhsil Nazirliyinə həvalə edilib. Bununla yanaşı, Fəaliyyət Planında o da qeyd olunub ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə gələn ildən təhsil müəssisələrinin reytinq sistemi yaradılacaq.

Həmçinin strategiyaya görə məktəbəqədər və ümumi təhsil üzrə pedaqoji və idarəetmə heyətinin sertifikatlaşdırılması mexanizminin hazırlanması da nəzərdə tutulub.

Bundan başqa, 2017-ci ildə nazirlik təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması ilə bağlı təhsil pillələri üzrə dövlət proqramları hazırlayaraq hökumətə təqdim edəcək. 2018-2025-ci illərdə Təhsil Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması ilə bağlı təhsil pillələri üzrə dövlət proqramlarını həyata keçirəcəklər.

Son xəbərlər

Orphus sistemi