BDU qiymətli kağızlar bazarı üçün kadr hazırlığına dəstək verəcək

BDU qiymətli kağızlar bazarı üçün kadr hazırlığına dəstək verəcək Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri və əməkdaşları Bakı Dövlət Univeristetində olublar
Elm və təhsil
252
3 Dekabr , 2014 14:24
BDU qiymətli kağızlar bazarı üçün kadr hazırlığına dəstək verəcək

Bakı. 3 dekabr. REPORT.AZ/ Bu gün Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı və komitənin əməkdaşları Bakı Dövlət Univeristetində (BDU) olublar.

Bu barədə "Report"a BDU-nun mətbuat və informasiya şöbəsindən məlumat verilib.

Komitə və BDU arasında “Qiymətli kağızlar bazarında elm və təhsil sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumunu Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı imzalayıb.

Memoranduma uyğun olaraq, BDU qiymətli kağızlar bazarı üçün kadr hazırlığına dəstək verəcək, eyni zamanda BDU tələbələri və magistrantları Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində praktika keçərək praktiki bacarıqlar əldə edəcəklər. Memorandumda həmçinin birgə seminar və konfransların təşkili, əhali arasında maarifləndirmə işlərinin həyata keçirilməsi də nəzərdə tutulub.

Tədbir çərçivəsində qonaqlar universitetin elmi laboratoriyaları və tədris fəaliyyəti ilə tanış olublar.

Son xəbərlər

Orphus sistemi