BDU-nun rektoru özəl sektoru kadr hazırlığında iştirak etməyə çağırıb

BDU-nun rektoru özəl sektoru kadr hazırlığında iştirak etməyə çağırıb "Azərbaycanda kadr hazırlığının keyfiyyətinin artırılması üçün yeni ixtisaslar yaradılmaldır və bu məsələdə çevik olmalıyıq".
Elm və təhsil
1 Noyabr , 2023 15:58
BDU-nun rektoru özəl sektoru kadr hazırlığında iştirak etməyə çağırıb
Elçin Babayev

"Azərbaycanda kadr hazırlığının keyfiyyətinin artırılması üçün yeni ixtisaslar yaradılmaldır və bu məsələdə çevik olmalıyıq".

"Report" xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev "Təhsilin İnkişafı Forumu 2023"də deyib.

O bildirib ki, bəzən ixtisasını dəyişmək, əlavə təhsil almaq istəyənlər olur: "Bu təcrübə bakalavr səviyyəsində az olsa da, lakin magistratura səviyyəsində geniş yayılıb".

Rektor söyləyib ki, digər tərəfdən ali təhsil müəssisələrinin tələbələri üçün təcrübə keçmək formal xarakter daşıyır: "Təcrübə keçən tələbəyə sənayedə diqqət lazımi səviyyədə olmur. Bu barədə düşünmək lazımdır. Tələbələr təcrübəyə selektiv şəkildə getməlidir, yoxsa hamı birdən göndərilməlidir? Çünki təcrübə keçmək kadr hazırlığında çox önəmli rol oynayır. Özəl şirkətlərin özləri kadr hazırlığında bilavasitə iştirak etmir. Yəni, maliyyə ayırmırlar. Hazır kadrların ən yaxşıları isə onlara qismət olur. Bu yaxşıdır. Amma özəl sektor da prosesdə iştirak etsə, kadr hazırlığına töhfə vermiş olar".

Son xəbərlər

Orphus sistemi