BDU-nun professoru vəfat edib

BDU-nun professoru vəfat edib Bakı. 21 fevral. REPORT.AZ/ Bakı Dövlət Universitetinin (BDU) Kitabşünaslıq və nəşriyyat işi kafedrasının professoru Bayram Allahverdiyev vəfat edib.
Elm və təhsil
21 Fevral , 2019 12:14
BDU-nun professoru vəfat edib
Report/ Firi Salim

Bakı. 21 fevral. REPORT.AZ/ Bakı Dövlət Universitetinin (BDU) Kitabşünaslıq və nəşriyyat işi kafedrasının professoru Bayram Allahverdiyev vəfat edib.

BDU-dan "Report"a verilən məlumata görə, o, 81 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, B.Allahverdiyev 23 yanvar 1938-ci ildə anadan olub. O, 1992-2012-ci illərdə Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının müdiri olub. Azərbaycanda ilk dəfə əlyazma kitablarının yaranması, tərtibatı və yayılması xüsusiyyətlərini aşkara çıxarıb. Azərbaycan kitabının tipologiyası, Azərbaycan texniki kitabının nəşri, formalaşması qanunauyğunluqlarını tədqiq edib.

2008-ci ildən “Kitabşünaslıq və Nəşriyyat işi” elmi-nəzəri və təcrübi jurnalının təsisçisi və baş redaktoru olub. BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin Elmi Şurasının üzvü, 8 kitabın, 100-ə yaxın elmi məqalənin müəllifi olub və bir çox elmi konfranslarda iştirak edib. “Qızıl qələm“ mükafatı laureatı olan B.Allahverdiyev, eyni zamanda, “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.

Son xəbərlər

Orphus sistemi