BDU-nun iki dosenti vəfat edib

BDU-nun iki dosenti vəfat edib Azər Şirinov 84 yaşında dünyasını dəyişib
Elm və təhsil
28 Mart , 2021 12:20
BDU-nun iki dosenti vəfat edib
Azər Mehdi oğlu Şirinov

Bakı Dövlət Universitetinin (BDU) iki dosenti vəfat edib.

Universitetdən "Report"a bildirilib ki, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Politologiya və sosiologiya kafedrasının dosenti Azər Mehdi oğlu Şirinov 84 yaşında dünyasını dəyişib.

A.Şirinov 1973-cü ildən universitetdə pedaqoji fəaliyyətə başlayıb. 100-dən artıq elmi və publisistik məqalənin, 5 kitabın müəllifidir.

BDU-nun Biologiya fakültəsinin dosenti Pünhan Mustafa oğlu Əfəndiyev 83 yaşında dünyasını dəyişib. P.Əfəndiyev 1967-ci ildən universitetdə pedaqoji fəaliyyətə başlayıb. O, geobotanika, bitki morfologiyası, Azərbaycan florası sahəsində elmi-tədqiqat işləri aparıb. 67 elmi məqalənin, 3 metodiki göstəricinin, 1 dərs vəsaiti və 1 monoqrafiyanın müəllifidir.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi