BDU-da yeni təyinat olub

BDU-da yeni təyinat olub Bakı. 14 yanvar. REPORT.AZ/ Bakı Dövlət Universitetində (BDU) yeni təyinat olub.
Elm və təhsil
569
14 Yanvar , 2019 12:19
BDU-da yeni təyinat olub
0 : 00
0 : 00

Bakı. 14 yanvar. REPORT.AZ/ Bakı Dövlət Universitetində (BDU) yeni təyinat olub.

BDU-dan “Report”a verilən məlumata görə, Kadrlar şöbəsinin müdiri vəzifəsinə Nazim Məcidov təyin edilib.

Bununla bağlı universitetin rektoru vəzifəsini icra edən Firudin Qurbanov əmr imzalayıb.

F.Qurbanovun digər əmri ilə Kadrlar şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Təranə Əhədova vəzifəsindən kənarlaşdırılıb. T.Əhədova həmin şöbədə mütəxəssis vəzifəsində işini davam etdirir.

Xatırladaq ki, Nazim Məcidov uzun müddət Dənizkənarı Bulvar İdarəsinin rəis müavini vəzifəsində çalışıb. 

Məlumat üçün bildirək ki, təyinatla bağlı ilk xəbəri strateq.az saytı yayıb.

Qeyd edək ki, ötən ilin dekabr ayında təhsil nazirinin müavini Firudin Qurbanov Bakı Dövlət Universitetinin rektoru vəzifəsinin icrasına başlayıb.

Son xəbərlər

Orphus sistemi