BDU-da yaz sessiyası hibrid formada təşkil olunacaq

BDU-da yaz sessiyası hibrid formada təşkil olunacaq Bakı Dövlət Universitetində (BDU) 2021/2022-ci tədris ilinin yaz sessiyası hibrid formada təşkil olunacaq.
Elm və təhsil
14 Fevral , 2022 14:12
BDU-da yaz sessiyası hibrid formada təşkil olunacaq

Bakı Dövlət Universitetində (BDU) 2021/2022-ci tədris ilinin yaz sessiyası hibrid formada təşkil olunacaq.

Bu barədə "Report"a BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Kəmalə Quliyeva məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı BDU Elmi Şurasının bu gün keçirilən növbəti iclasında qərar qəbul edilib.

Elmi Şuranın iclasında 2021/2022-ci tədris ilinin yaz sessiyasının da payız sessiyasında olduğu kimi, həftənin 2 günü onlayn, 3 günü ənənəvi qaydada olmaqla hibrid formada təşkil edilməsi barədə qərar verilib.

Son xəbərlər

Orphus sistemi