Bakı Dövlət UniversitetiNDƏ (BDU) “Clarivate Analytics” şirkətinin dəstəyi İlə elmi nəşrlər və onların xaricdə nüfuzuna dair növbəti onlayn tədbir keçirilib.
“Report” xəbər verir ki, elmi tədqiqatların inkişafı və təkmilləşdirilməsi, Azərbaycan elminin dünyadakı nüfuzunun daha da qaldırılması kimi məramlara yönələn tədbirdə BDU-nun rektoru Elçin Babayev, elm və innovasiyalar üzrə prorektor Hüseyn Məmmədov, Elmi Fəaliyyət və İnnovasiyaların Təşkili Mərkəzinin rəhbəri Mahir Pirquliyev, habelə “Clarivate Analutics” şirkətinin MDB ölkələrindəki direktoru Oleq Utkin, təhsil proqramları rəhbəri Valentin Boqorov və Azərbaycan, Gürcüstan, Ukraynadakı rəsmi nümayəndəsi Sevinc Cəfərova iştirak ediblər.
BDU-nun rektoru E.Babayev çıxışında “Clarivate Analutics” şirkəti ilə əməkdaşlığın daha da genişləndirilməsindən danışıb.
Şirkətin təhsil proqramları rəhbəri V.Boqorov hazırkı koronavirus pandemiyasına baxmayaraq, bu ilin birinci yarısında yüksək impakta malik beynəlxalq elmi nəşrlərində BDU alimlərinə məxsus məqalə sayının artmaqda davam etdiyini diqqətə çatdırıb.
Tədbirin yekununda nüfuzlu elmi jurnallar üçün məqalələr hazırlığına dair birgə təlimlərin mütəmadi keçirilməsinə dair razılıq əldə edilib.