Baş redaktor BDU-da mühazirə keçib

Baş redaktor BDU-da mühazirə keçib Elşad Eyvazlı Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb
Elm və təhsil
25 Oktyabr , 2017 15:35
Baş redaktor BDU-da mühazirə keçib

Bakı. 25 oktyabr. REPORT.AZ/ Modern.az İnformasiya Agentliyinin baş redaktoru Elşad Eyvazlı Bakı Dövlət Universiteti (BDU) Jurnalistika fakültəsinin 4-cü kurs tələbələri ilə görüşüb.

"Report" xəbər verir ki, BDU-nun Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev dəvəti qəbul etdiyinə və Sosial media fənnindən mühazirəyə razılıq verdiyinə görə Modern.az saytının baş redaktoru Elşad Eyvazlıya təşəkkür edib.

Baş redaktor sosial media, onun ənənəvi media ilə fərqi, sosial şəbəkələr, onların mənfi və müsbət cəhətləri, müəssisə PR-menlərinin sosial şəbəkələrdən istifadəsi kimi məsələlərə toxunub. Eyni zamanda Modern.az saytının yaradıcısı kimi fəaliyyətindən, saytın iş prinsiplərindən danışıb, tələbələrin fikir və təkliflərini dinləyib, onları maraqlandıran çoxsaylı suallara cavab verib.

Son xəbərlər

Orphus sistemi