Bakı. 28 noyabr. REPORT.AZ/ "İdarəetmədə neqativ hallara qarşı mübarizənin gücləndirilməsinə diqqət edilməlidir. Çünki cəmiyyətə mənfi təsir göstərən ən böyük faktor təhsil sahəsindəki neqativ hallardır".
"Report" xəbər verir ki, bunu Baş nazirin müavini
O təəssüf hissi ilə bildirib ki, bu sahədə neqativ hallar tam aradan qaldırılmayıb: "Hələ də təhsil sahəsində neqativ hallar var. Azərbaycan cəmiyyəti bunu görür,
Baş nazirin müavini qeyd edib ki, təhsilin infrastrukturunun yaxşılaşdırılması istiqamətində son 15 ildə mühüm addımlar atılıb: "Müəllimlərin sosial həyat səviyyəsinin yaxşılaşdırılması, tədrisin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atılır. İnanıram ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən islahatlar Azərbaycan təhsilinin müasir tələblərə uyğunlaşması istiqamətində atılan ən cəsarətli addımlardır".
O əlavə edib ki, bu islahatlar gələcəkdə Azərbaycan təhsilini yeni səviyyəyə qaldıracaq: "Gələcəkdə təhsil sahəsində qarşıda duran vəzifələr barədə fikir mübadiləsinin aparılması, təhsilin inkişafının yeni mərhələsində müasir çağırışlara daha yaxşı cavab verməsi üçün əhəmiyyətlidir. Təhsilin milli sərvəti çevrilməsi növbəti illərdə qarşıya qoyduğumuz əsas vəzifələrdəndir. Digər vəzifə isə təhsilin rəqabət qabiliyyətinin artırılmasıdır".
Ə.Əhmədov vurğulayıb ki, Azərbaycan təhsilinin insanların biliklərinin, həyat səviyyəsinin, məşğulluğun yüksəlməsinə xidmət etməsi qarşıda duran vəzifələrdəndir: "Yüksək təhsilli biliklərə malik olan insanlar lazım olan təhsil səviyyəsinə malik olmayan işçilərdən üç dəfə çox əmək haqqı alırlar. Bu da təbiidir. Azərbaycanda təhsilin yalnız nəzəri biliklərə deyil, vərdişlərə, bacarıqlara da yönəlməsi vacibdir".
"Məktəblərimiz vərdişlərin öyrədilməsinə böyük önəm verməlidir. Məktəbin idarə olunmasının demokratikləşməsi təhsilin qarşısında duran ən böyük vəzifələrdəndir. Özəl təhsilə önəm verilməsi və inkişaf etdirilməsini vacib hesab edirəm. Bu bir yandan Azərbaycan büdcəsinin yüngülləşdirilməsinə, ikinci bir tərəfdən təhsilə qoyulan vəsaitinin artmasına gətirib çıxara bilər. Təhsildə rəqabətqabiliyyətliliyinin artması, təhsilin məzmun və keyfiyyətinin yaxşılaşdırılması dövlət və özəl sektorun bərabər inkişaf etdirilməsi ilə bilavasitə əlaqədardır" - o əlavə edib.